Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev: Naxçıvanda YUNESKO-nun ilkin siyahısına düşəcək abidələr var - FOTOLAR
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi muxtar respublikamıza media-tur təşkil edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turda iştirak edən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səfərlər bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb.
“Diyarınızın böyük turizm potensialı var, bizim də əsas məqsədimiz o potensialı nəinki bütün Azərbaycana, dünyaya tanıtmaqdır”,-deyən qonaq bildirib ki, bu gün buraya ölkədə fəaliyyət göstərən müxtəlif media nümayəndələri də gəlib. Onların əhəmiyyətli coğrafi imkanlara, turizm potensialına malik bir diyarı kifayət qədər tanıyacaqlarına və tanıdacaqlarına əminik. Burada müxtəlif istiqamətlər var. Bu gün Dövlət Turizm Agentliyi təkcə turizm potensialını deyil, həmçinin mədəni irsi də araşdırır. Buna görə də bizimlə birgə mütəxəssislər də burada iştirak edirlər. Naxçıvanda YUNESKO-nun ilkin siyahısına düşəcək abidələr var. Mən istəyərdim ki, bununla bağlı da bizim əməkdaşlar fəaliyyət göstərsinlər və gələcəkdə həmin siyahıya salınması üçün Möminə xatın türbəsi və Ordubad qoruğu haqqında araşdırmalar aparılsın.
Pandemiyanın turizm sahəsindən də yan keçmədiyini bildirən Agentliyinin sədri Naxçıvanın istənilən ölkədən gələcək turistləri qarşılamağa hazır olduğunu söyləyib.
“Hər dəfə gələndə ötən dəfə gəldiyimdən də yaxşı inkişaf etmişşəhər, təmiz küçələr, infrastruktur diqqətimi çəkir”,-deyə bildirib.