Babək rayonunda çağırışçı gənclər ordu sıralarına yola salınıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Babək Rayon Şöbəsində keçirilən tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Qeyd olunub ki, Şanlı zəfər tariximiz olan 44 günlük Vətən Müharibəsində Babək rayonundan olan hərbi qulluqçular da mərdliklə döyüşüb, onlardan 16 igidimiz şəhidlik zirvəsinə ucalıb. 25 nəfər isə müxtəlif bədən xəsarəti alaraq qazi adını qazanıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Babək şəhidləri ölümündən sonra və qazilər müxtəlif orden və medallara layiq görülüblər.
Vurğulanıb ki, bu gün də gənclərimiz böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşür və onlar vətənimizi qorumaq kimi müqəddəs borcu şərəflə yerinə yetirirlər. Əminik ki, ordu sıralarına yola düşən gənclər də bu vəzifənin öhdəsindən layiqincə gələcək.
Çağırışçılar adından çıxış edən Şəmil Bayramov vətən torpaqlarının keşiyində mətin dayanacaqlarına, komandirlərin əmr və tapşırıqlarına vaxtında və dəqiq əməl edəcəklərinə söz verib.
Xosrov İbrahimov