Media-turda iştirak edən KİV nümayəndələri Naxçıvandan zəngin təəssüratlarla ayrılıblar - VİDEO

A- A A+

21-22 oktyabrda Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə media-tur keçirilib. Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi, çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsi məqsədini daşıyan turda iştirakçılar muxtar respublikanın bir sıra tarixi, gəzməli-görməli yerləri ilə tanış olublar. Muxtar respublikadan xoş təəssüratlarla ayrılan media-tur iştirakçıları Naxçıvanla bağlı maraqlı məqalə və reportajlar təqdim edirlər. Materiallarda muxtar respublikanın qədim və zəngin tarixi, turizm potensialı, maddi və mədəniyyət nümunələri öz əksini tapır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkəmizin aparıcı telekanalları- “AzTV”, “Azad Azerbaycan”, “Space TV”, “İctimai” kanal, “Real tv” və digər media orqanları Naxçıvanla bağlı geniş reportajlar təqdim edib, muxtar respublikanın qədim və zəngin tarixindən, turizm potensialından, maddi və mədəniyyət nümunələrindən bəhs ediblər.

Azərbaycanın əsas xəbər siması olan “Azərbaycan” Televiziyası Naxçıvanla bağlı xəbəri “Naxçıvanın turizm potensialı media-tur çərçivəsində nümayiş olunub”, “Real” TV “Dünyanın Şərq naxışı”, “ARB” “Naxçıvanın turizm imkanları genişlənir”, “Space” TV “Naxçıvanqala  Muzey Kompleksindən reportaj”, “Baku” TV-də isə “Naxçıvan-qədim yurd yerimiz” kimi başlıqlarla təqdim edib, maraqlı jurnalist araşdırmaları yayımlayıblar.    

Azad Azərbaycan “ATV səhər” verilişində təqdim etdiyi xüsusi reportajda milyonlarla izləyicisini qədim Naxçıvandan salamlayaraq media-tur və muxtar respublikanın zəngin turizm potensialı və bir sıra qədim tarixi abidələri ilə tanış edib.

 (https://www.youtube.com/watch?v=xjWe9yLeASg)

Media-tur barədə xəbərləri və bununla bağlı hazırlanan geniş reportaj Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi internet səhifəsində də paylaşılıb.

Media-turun iştirakçısı olmuş agentlik və qəzet nümayəndələri də maraqlı məqalə və fotoreportajlar hazırlayaraq Naxçıvanla bağlı təəssüratlarını izləyicilərlə bölüşüblər. “Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov ən böyük təəssüratı Əlincəqaladan alıb və Naxçıvanın əyilməzlik simvolundan fotoreportaj təqdim edib. Müəllif 600 mühafizəçi ilə Əmir Teymurun 40 minlik qoşununa müqavimət göstərən, 14 il mühasirədə qalan, amma əyilməyən, bu gün isə qapılarını turistlər üçün açan Əlincəqalada aparılan bərpa işlərini tarixi irsin gələcək nəsillərə çatdırılması kimi qiymətləndirib. Əlincəqaladan çəkilən fotolara geniş yer verilən reportajda qalanın zirvəsində əzəmətlə dalğalanan üç rəngli ay-ulduzlu bayrağımızın Azərbaycan xalqının bütövlüyünü, dövlətimizin gücünü, gələcək yolumuzu simvolizə etdiyi xüsusi vurğulanıb.

(https://kaspi.az/az/naxcivanin-eyilmezlik-simvolu)

“Yeni Müsavat”ın nümayəndəsi Xalidə Gərayın “Dəyişən Naxçıvan, sirli abidələr, daima sərhəd keçmək məcburiyyətində olanlar” başlıqlı məqaləsində də ilk dəfə Naxçıvanda olan müəllifin dərin təəssüratlarının şahidi oluruq. “Əksər həmkarlarım, elə mənim üçün də bu ilk səfər idi. Bu səbəbdən yalnız televiziya ekranlarında, fotolarda gördüyümüz, o torpaqda böyüyüb, ərsəyə gələn insanların dilindən eşitdiyimiz, uzun illər blokada şəraitində qəhrəmancasına yaşayıb, inkişaf edən Naxçıvanı ziyarət etməyi səbirsizliklə gözləyirdik”,- deyə vurğulayan müəllif məqalədə Heydər Əliyev Muzeyindən başlayan media-turda baş çəkdiyi bütün tarixi-mədəni abidələrimiz və turizm obyektləri barədə ətraflı məlumat verib və reportajın ardı olacağını diqqətə çatdırıb.

https://musavat.com/news/deyisen-naxcivan-sirli-abideler-daima-serhed-kecmek-mecburiyyetinde-olanlar-fotolar_838949.html

Mahmud Hüseynov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: