Azadlığına qovuşan Şuşaya mövsümün ilk qarı yağır - VİDEO

A- A A+

Erməni işğalından azad olunan Şuşa şəhərinə mövsümün ilk qarı yağır. Gecə saatlarında yağan yağış Şuşa şəhərində tədricən qara çevrilib. Havanın hərarəti əvvəlki günlərlə müqayisədə xeyli aşağı düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov sosial şəbəkədə video paylaşıb.

Görüntülərdə Şuşa şəhərinə qarın yenicə yağmağa başlaması əks olunub. 

Qeyd edək ki, Şuşa şəhəri ötən il noyabrın 8-də işğaldan azad edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: