“Əkinçi”nin 100 yaşlı varisi” - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verri ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinə həsr olunmuş eyniadlı tədbir Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva  qəzetin kollektivini yubiley münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, muxtar respublikada kütləvi informasiya vasitələrinə yüksək diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamı  da bu qayğının daha bir ifadəsidir. Bir əsrlik zəngin tarixə malik  “Şərq qapısı” qəzeti təkcə Naxçıvanın ictimai-siyasi həyatında deyil, bütövlükdə Azərbaycanın ictimai fikir tarixində mühüm rol oynayıb.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova bildirib ki, muxtar respublikamız ölkəmizin ictimai-siyasi həyatında, dövlətçilik, milli müstəqillik uğrunda mübarizə tarixində, müstəqillik ideyalarının pərvəriş tapmasında nə qədər böyük rol oynayıbsa, “Şərq qapısı” da milli mətbuat tariximizdə həmin rola, həmin nüfuza malikdir.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qərib, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, əməkdar jurnalist Hüseyn Əsgərov, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov və qəzetin  İqtisadiyyat və təhlil şöbəsinin müdiri Səbuhi Həsənov çıxış edərək qəzetin nəşri tarixindən, müasir fəaliyyətindən bəhs ediblər.

Sonda “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qəribə, Əcəmi”  Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşlarına və qəzetlə fəal əməkdaşlıq edən qələm sahiblərinə fəxri fərman və hədiyyələr təqdim olunub.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: