Muxtar respublikada 709 hektarda yeni meyvə bağları salınıb

A- A A+

Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi baxımından əhalinin sağlam qidalanmasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə son illər qəbul edilən  dövlət proqramları öz müsbət nəticələrini verir.   Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, ötən dövr ərzində muxtar respublikamızda 709 hektarda yeni meyvə bağları salınıb. Artıq həmin meyvə bağları məhsul verir. Hazırda muxtar respublikada  4816,5 hektar sahədə meyvə bağları mövcuddur və  bunun  4124,1  hektarı barverən bağlardır.

Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən   “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik aborigen meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün elmi-tədqiqat işlərinin aparılması da nəzərdə tutulub. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılmış tədqiqatlar nəticəsində 372 meyvə sortunun genetik fondu toplanıb. Bu istiqamətdə işlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: