NDU tələbələri üçün “Dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü” mövzusunda seminar keçirildi
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, seminar Nazirliyin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbələri üçün təşkil edilib.
Çıxış edənlər dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü barədə geniş məlumat veriblər. Vurğulanıb ki, dövlət hakimiyyəti orqanları ilə yerli özünüidarəetmə orqanları arasında fəaliyyətin öyrənilməsi nəzəri və praktiki əhəmiyyətə malikdir. Hər iki orqanının səlahiyyətlərinin qanunla necə tənzimlənməsi barədə tələbələrə ətraflı məlumat verilib.
Seminarda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.