Soçidə MDB Sərhəd Qoşunları Komandanları Şurasının 83-cü iclası keçirilib

A- A A+

Soçi şəhərində MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclas iştirakçıları MDB ölkələrinin xarici sərhədlərində vəziyyəti və onun inkişaf meyillərini müzakirə ediblər.

İclasa Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktorunun birinci müavini, ordu generalı Vladimir Kulişov sədrlik edirdi. İştirakçılar Şuranın 2021-ci ildəki fəaliyyətinə yekun vurub, MDB ölkələrinin xarici sərhədində yaranmış əməliyyat şəraitinin təhlilinə xüsusi diqqət yetirib, Əfqanıstandan silahlı qüvvələrin çıxarılması ilə əlaqədar sərhəd təhlükəsizliyinə yaranan yeni təhdidləri qiymətləndiriblər.

General V.Kulişov vurğulayıb ki, bu, son iki ildə birinci əyani iclasdır: koronavirus pandemiyası səbəbindən Şura distant rejimdə işləyib, lakin öz fəaliyyətini dayandırmayıb. Bu müddətdə Qərb və Mərkəzi Asiya istiqamətində iki xüsusi sərhəd əməliyyatı aparılıb, Əfqanıstan istiqamətində şərait nəzərə alınmaqla RF ərazisində iri komanda–qərargah təlimləri keçirilib.

İclas iştirakçıları elmi-tədqiqat və təhsil sahələrində əməkdaşlığın inkişafı məsələlərini də müzakirə ediblər. Ayrıca bir blok kimi kadr məsələləri və veteran hərəkatının inkişafı ilə bağlı məsələlər nəzərdən keçirilib.

İclasın yekunlarına əsasən sərhəd idarələrinin rəhbərləri tərəfindən 20 qərar imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: