Estoniyada Azərbaycanın Zəfər Günü münasibətilə poçt markaları buraxılıb - FOTOLAR
Azərbaycanın Estoniyadakı səfirliyinin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən poçt markaları nəşr edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, üzərində “8 Noyabr – Zəfər Günü. Qarabağ Azərbaycandır!” yazısı əks olunan poçt markaları Estoniyada rəsmi dövriyyəyə buraxılıb.