Şərur rayonunda keçirilən “Arıçılıq məhsulları-bal satış yarmarkası”na 2 tona yaxın bal çıxarılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunda “Arıçılıq məhsulları-bal satış yarmarkası” keçirilib. Yarmarkaya 32 arıçı tərəfindən 2 tona yaxın bal çıxarılıb.
Ailə təsərrüfatçıları yarmarkaya çıxardıqları süzmə, şan balı, arı südü, mum, vərəmum, çiçək tozu, güləm, bal arağı və baldan hazırlanan şirniyyatları nümayiş etdiriblər. Yarmarkada 885 kiloqram bal və digər arıçılıq məhsulları satılıb.
Satış yarmarkasına rayonun əksər yaşayış məntəqlərindən, xüsusən də Mahmudkənd, Həmzəli, Düdəngə, Axura, Diyadin kəndlərindən keyfiyyətli məhsul çıxarılıb.
Qeyd edək ki, Şərur rayonunda keçirilən bal yarmarkasında 30 min manata yaxın dəyərdə məhsul satılıb.
Məhəmməd Fərəcov