Şahbuz rayonunda aparılan kompleks quruculuq işləri inzibati binaları, elm və təhsil sahələrini də əhatə edir. Tədrisin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün geniş imkanlara malik müəssisələr tikilərək, yenidən qurularaq və ya bərpa edilərək istifadəyə verilir. Rayonun Heydər Əliyev prospektində yerləşən Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inzibati binasında həyata keçirilən təmir-bərpa işlərinə oktyabr ayının əvvəllərindən başlanıb. Hazırda, inzibati binanın fasad üzlüyü sökülür, dam örtüyünün təmiri başa çatmaq üzrədir.
Qeyd edək ki, binanın ətrafında da abadlıq işləri görülür. Binanın daxilində də əsaslı təmir işləri aparılacaqdır.
“Oğuz səsi” qəzeti