Süni şirinləşdiricilərin diabetə təsiri araşdırılıb

A- A A+

Bir çox ölkələrdə vətəndaşların sağlamlığını qorumaq üçün şəkər vergisi tətbiq edilib.

Bunun nəticəsi olaraq, qida və içki istehsal edən şirkətlər məhsullarının tərkibinə sıfır kalorili süni şirinləşdiricilər əlavə ediblər. Lakin bu maddələrin də insan orqanizminə zərəri ilə bağlı iddialar artır.

NUHÇIXAN “The Independent” qəzetinə istinadla xəbər verir ki, ABŞ-ın San-Dieqo şəhərində eksperimental biologiya üzrə elmi konfransda çıxış edən alimlər süni şirinləşdiricilərin qanın tərkibində diabet risklərini artıracaq dəyişikliklərə səbəb olduğunu bildiriblər.

Əslində, şirinləşdiricilər orqanizmin qidalandırılması və ona enerji verməsi funksiyalarını daşımır. Onların bəziləri şəkər dadını əvəz edən sintetik kimyəvi maddələrdir. Saxarin, tsiklamat və aspartam maddələri bu qəbildəndir. Digər şirinləşdiricilər –stevia və ksilit isə tarlalardan toplanılan kimyəvi maddələrdir. Bu maddələrin əlavə olunduğu qida məhsullarının istehlakının artması hər qramında dörd kalori olan şəkərin səbəb olduğu piylənmə ilə bağlıdır. Amma süni şirinləşdirici maddələrdən çox istifadə edənlərin bağırsaqlarında qlükozanı azaldan bakteriyaların yaranması da şəkərin mənfi təsirinə bərabərdir.

Viskonsin Tibb Kollecində siçovullar üzərində aparılan yeni tədqiqatlar göstərib ki, süni şirinləşdiricilər metabolik dəyişikliklərə səbəb olur və qan damarlarına mənfi təsir edir. Tədqiqatçılar siçovullara həm şəkər və qlükoza, həm də şirinləşdirici maddələr veriblər. Üç həftədən sonra məlum olub ki, hər iki halda qanın tərkibində mənfi əlamətlər yaranıb. Bu tədqiqatların nəticələrini nəzərə alan Avropa Qida Təhlükəsizliyi Agentliyi tövsiyə edib ki, insan bədəninin çəkisinin hər kiloqramı üçün beş milliqram həcmindən çox olmayaraq gündəlik süni şirinləşdirici qəbulu sağlamlığa mənfi təsirin qarşısını ala bilər. Eyni zamanda, bəzi şirinləşdirici maddələrin orqanizmə faydası da var. Belə ki, stevia qan təzyiqinin qalxmasına, ksilit isə diş çürüməsinin qarşısının alınmasına kömək edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: