Universitetdə payız-qış mövsümünə hazırlıq görülür - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki,  universitetdə payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub.  Müzakirədə qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işləri əvvəlcədən görülür. Bununla da soyuq aylarda yarana biləcək çatışmazlıqlar qabaqcadan aşkarlanaraq aradan qaldırılır.  Muxtar respublikaya verilən fasiləsiz enerji, təbii qaz hasilatı, içməli suya olan tələbatın ödənilməsi, istilik sistemlərinin qurulması  universitetin də bu sarıdan rahatlığına təminat yaradır.

Universitetin bütün korpuslarında quraşdırılan elektron lövhələrin sazlığı daim yoxlanılmalı, dərslərin müvafiq cədvəl bölgüsünə uyğun olaraq həmin otaqlarda keçirilməsinə şərait yaradılmalıdır.

Qazanxanaların fəaliyyəti, elektrik enerjisi ilə təchizatı, su və kanalizasiya xətlərinin vəziyyəti, otaqlarda elektron lövhələrin sazlığı yoxlanılıb. Yeni tədris ilinə qədər natamam işlər vaxtında başa çatdırılacaq.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: