Naxçıvan Beynəlxalq Hava Limanın tabeliyində yeni “Aeroport Taksi” xidməti yaradılıb - VİDEO

A- A A+

Naxçıvan Beynəlxalq Hava Limanında hava-nəqliyyat sisteminin qış mövsümündə dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə bütün hazırlıq işləri görülüb. Mövsümlə əlaqədar son illər alınıb gətirilən müxtəlif təyinatlı yeni maşın-mexanizmlərə baxış keçirilib, yüksək maddi-texniki bazaya malik hava limanının  mövsümə hazırlığı yoxlanılıb. Naxçıvan Muxtar Respublikasında qış mövsümünün soyuq və qarlı keçməsi ilə əlaqədar hava gəmilərinin təhlükəsiz enib qalxmasını təmin etmək məqsədilə xüsusi avtonəqliyyat vasitələri tam saz vəziyyətə gətirilib. Həmçinin texniki heyətlə məşğələlər keçirilib və uçuş enmə zolağının, enmə yollarının və perron ərazisinin qardan təmizlənmə proseduru işlənib hazırlanıb.          Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyində yeni yaradılan “Aeroport Taksi” MMC bu istiqamətdə göstərilən xidmətin səviyyəsini daha da yüksəldib.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: