Muxtar respublikada tütün əkilən sahələrin əhatə dairəsi getdikcə genişlənir. NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda fəaliyyət göstərən Tütün Yetişdirmə Mərkəzi bu il ərzində 100 tondan artıq yaş tütün qəbul edib.
Muxtar respublikada əsasən Kəngərli, Şərur və Babək rayonlarında tütünçülük təsərrüfatları genişləndirilib. Belə ki, bu il ümumilikdə 41,1 hektar sahədə tütün əkini aparılıb. Hazırda sahələrdə 3-cü və 4-cü qırım həyata keçirilir. Tütünçülük təsərrüfatlarından yığılan məhsullar Kəngərli rayonundakı Tütün Yetişdirmə Mərkəzində qurudulur. Mərkəzdə 3 üsulla-filələmə, xüsusi parça olan elyaf və ipədüzmə üsulu ilə qurutma aparılır.
Tütünçülük təsərrüfatlarında qırım sentyabr ayının ortalarına kimi davam edəcək.
Cavid Səfərli