Şərur rayonunda qazilərə və şəhid ailə üzvlərinə ödənişsiz tibbi xidmət göstərilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirir. Səhiyyə müəssisəsinin təşkil etdiyi humanitar tibbi aksiyada növbəti ünvanı Şərur rayonu olub. 8 Noyabr-Zəfər Günü ilə əlaqədar olaraq Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyaya şəhid ailələri, qazilər, qazi ailələri və aztəminatlı ailələr dəvət olunublar. Onlar  heç bir ödəniş etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, terapevtik, cərrahi, uroloji, stomatoloji, endokrinoloji və digər tibbi xidmətlərdən yararlanıblar. Ümumiyyətlə, tibbi aksiyada 15 müxtəlif ixtisaslı həkim tərəfindən 158 müayinə aparılıb.           

Aksiyada müayinələr və müalicələr üçün müraciət etmiş vətəndaşlardan 15 nəfəri şəhid ailəsi üzvləri, 4 nəfər isə Azərbaycan Respublikası Vətən müharibəsi iştirakçılarının ailə üzvləri olub. Şərur Rayon Mərkəzi Xəstəxanasında icrası mümkün olmayan digər müayinələr üçün xəstələr Diaqnostika Müalicə Mərkəzinə yönləndirilib.

Qeyd edək ki,  humanitar tibbi aksiya şəhid ailələri, qazi və aztəminatlı ailələrin yaşadıqları ünvanlarda da keçirilib. 6 müxtəlif ixtisaslı tibbi personal endokrinoloq, kardiocərrah, USM, travmatoloq-ortoped, nevropatoloq və ümumi cərrah həkim heyəti tərəfindən 19 nəfərə 31 müxtəlif növ tibbi xidmət göstərilib.

Aksiyanın sonunda mərkəzin həkim heyəti Şəhidlər xiyabanına gələrək  şəhidlərimizin xatirəsini yad ediblər.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: