Rusiya Federasiyasının Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi – müdafiə nazirinin birinci müavini Valeri Gerasimov çərşənbə axşamı Moskvada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin silahlı qüvvələrinin baş qərargah rəislərinin müşavirəsini keçirəcək. NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müşavirədə təşkilata üzv dövlətlərin hamısının (Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan), habelə Belarus Respublikasının (müşahidəçi ölkə), ŞƏT regional antiterror strukturunun icraiyyə komitəsinin və katibliyinin nümayəndələri iştirak edəcəklər.
Baş qərargah rəisləri, həmçinin Rusiya Mərkəzi Hərb Dairəsinin ərazisində keçirilən “Sülh missiyası-2018” birgə hərbi antiterror komanda-qərargah təliminin fəal fazasını müşahidə edəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.