İqlim Konfransında 40-dan çox ölkə kömürdən istifadəni dayandırmağı vəd edib

A- A A+

Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP 26 İqlim Dəyişikliyi Konfransında 40-dan çox ölkə kömürdən istifadəni dayandırmağı vəd edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Böyük Britaniya, Polşa, Vyetnam və Çili kimi aparıcı kömür istifadəçiləri də daxil olmaqla 40-dan çox ölkə kömürdən istifadəni dayandırmağı öhdələrinə götürüblər.

Müqaviləni imzalayanlar elektrik enerjisi istehsalında kömürdən istifadəyə dair bütün yerli və beynəlxalq investisiyaları dayandırmaq öhdəliyini götürüblər.

Kömür ən çox iqlim dəyişikliyinə səbəb olan qalıq yanacaqdır.

Böyük iqtisadiyyatlar 2030-cu ilə qədər, daha kasıb ölkələr isə 2040-cı ilə qədər kömür enerjisini mərhələli şəkildə dayandırmağa razılaşıblar.

Bir çox iri banklar kömür sənayesini maliyyələşdirməyi dayandırmağa söz veriblər.

Böyük Britaniyanın biznes naziri Kvasi Kvartenq “Kömürün sonu göz qabağındadır” deyib.

Çin, ABŞ, Avstraliya və Hindistan da daxil olmaqla dünyanın ən çox kömürdən asılı olan bəzi ölkələri isə bu öhdəliyə qoşulmayıb.

Xatırladaq ki, Azərbaycan konfransda yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Eyni zamanda ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları haqqında danışılıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: