Azərbaycan Vətən müharibəsində qazanılan qələbə nəticəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmiş oldu
Azərbaycan 44 günlük Vətən müharibəsində böyük qələbə qazanıb. Bu, mərhum Prezident Heydər Əliyevin qurucusu olduğu Azərbaycanın müasir tarixində möhtəşəm bir hadisədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İsrailin keçmiş baş naziri Ehud Barak deyib.
O qeyd edib ki, ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın şanlı Ordusu şəhidlər verərək tarixi torpaqlarını işğaldan azad etməyi bacardı: “44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmiş oldu. Ölkənizin bu şanlı qələbəsi şəhidlərin canı bahasına mümkün oldu. Bütün şəhidləri ehtiramla yad edirəm. Bu möhtəşəm qələbə münasibətilə ölkənizi bir daha təbrik edirəm”.
Ehud Barak Azərbaycan-İsrail əlaqələrinin inkişafının bütün sahələrdə yüksələn xətlə davam etdiyini bildirib. O, gələcəkdə ölkələrimiz arasında dostluq və qardaşlığın daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əmin olduğunu bildirib.