Avropa İttifaqının ekspertləri Naxçıvanda təlim keçib - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərmanının icrası ilə bağlı aidiyyəti dövlət qurumlarına texniki dəstəyin göstərilməsi məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin benefisiar olduğu “Azərbaycanda Mübahisələrin Alternativ Həlli xidmətlərinin və İxtisaslaşdırılmış məhkəmələrin inkişafına Dəstək” layihəsi çərçivəsində bu gün Naxçıvan şəhərində “Hakimlər üçün münaqişənin həll edilməsi və kommunikasiya bacarıqları” mövzusunda təlim keçirilib.
Avropa İttifaqının baş ekspertləri Mark Seqal və Ruslan Mirzəyev tərəfindən keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri, ixtisaslaşdırılmış və rayon şəhər məhkəmələrinin sədrləri iştirak ediblər.
Naxçıvan televiziyasının əməkdaşları mözvu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mahmud Hüseynov