NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün 8 Noyabr Zəfər Günü münasibətilə Şahbuz rayonunda ağacəkmə kampaniyası keçirilib, yeni "Zəfər bağı" salınıb. Bu məqsədlə Kiçikoba kəndində 1,5 hektar ərazidə torpaq sahəsi hamarlanaraq əkinə hazır vəziyyətə gətirilib. Rayon sakinləri "Zəfər bağı"na 1200 müxtəlif meyvə tingləri əkiblər. Bağda digər aqrotexniki tədbirlər də həyata keçirilib, tinglərin gövdəsi ağardılaraq, suvarma tədbirləri görülüb.
Qeyd edək ki, bu ilin payız aylarında Şahbuz rayonunda 3,5 hektar sahədə yeni meyvə bağının salınması, 2,2 hektar sahədə isə bərpa məqsədi ilə yeni tinglərin əkilməsi nəzərdə tutulub.
Novruz Məmmədov