Şərur rayonunda 3 hektarlıq ərazidə yaşıllaşdırma işləri görülüb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şərur rayonunun ərazisində toxumla əkin işlərinə start veriblər.

Toxumla əkin işləri Şərur rayonunda Gümüşlü kəndi ərazisindəki Su Anbarının ərafında həyata keçirilib. 3 hektarlıq ərazidə aparılan yaşıllaşdırma işlərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli idarə və müəssisələrinin kollektivləri iştirak edib.

Əkin zamanı əsasən rayonun təbiətinə xas bitkilərin toxumlarına üstünlük verilib.

Qeyd edək ki, toxum üsulu ilə aparılan əkinlər həm çəkilən zəhmətin, həm suvarma suyuna olan tələbatın daha az olması,  həm də bitkinin daha sürətli inkişafı kimi üstünlüklərə malikdir. Buna görə də bu ilin payız mövsümündə muxtar respublika ərazisində 45 hektar sahədə toxumla əkin aparılacaq. Şərur rayonunda isə 7 hektar sahə toxumla əkin işləri üçün ayrılıb.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: