Mülki müdafiə alayının gənc əsgərləri and içiblər - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən andiçmə mərasimində hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına söz veriblər.

Mülki müdafiə alayının komandiri, polkovnik-leytenant Azadil Hüseynov, zabit İsmayıl Hənifəyev gənc əsgərləri hərbi andı qəbul etmələri və qarşıdan gələn tarixi qələbə - 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbrik edib, xidmətlərində uğurlar arzulayıblar.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı vidoematerial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: