İnsan ayağı dəymədiyi Alp yüksəkliklərində nanoplastik tapılıb

A- A A+

Alimlər qrupu Sonnblik Alp yüksəklik Rəsədxanasının ərazisində nanoplastik aşkar edib. Burada mütəmadi olaraq ətraf mühitlə bağlı tədqiqatlar aparılır: məqsəd bir sıra üzvi hissəciklərin axtarışıdır. Əvvəllər burada artıq bütün planetə yayılmış mikroplastik müəyyən etmək mümkün idi. NUHÇIXAN İnformasiya Agentliyi nat-geo.ru saytına istinadla xəbər verir ki, tədqiqatların dairəsini genişləndirən yeni üsul ölçüsü 200 nm-dən az olan nanoplastik tapmağa imkan verib ki, bu da insan saçının eninin yüzdə birini təşkil edir.

Alp dağlarının zirvələri istənilən sivilizasiyadan ən uzaqda yerləşən ərazidir. Alimləri aşkarlanan fakt çox təəccübləndirib və onlar nanoplastikin ora “gəlməsi” yollarını axtarmağa başlayıblar.

Alimlər nanoplastikin çökmə sürətini hesablamağa nail olublar: hər kvadrat metrə həftədə 200 milyard hissəcik düşür. Tədqiqatçılar, həmçinin nanoplastikin konsentrasiyası ilə Avropanın böyük şəhərlərindən əsən küləklər arasında korrelyasiyanı aşkar etdilər. İlk növbədə, bu Frankfurt və Almaniyanın Rur sənaye bölgəsidir, Paris, London və Niderlandın bir neçə yaşayış məntəqəsidir.

Modelləşdirmə bu fərziyyəni təsdiqlədi: nanoplastik həqiqətən də hava ilə gəlir. Bu pis xəbərdir: bu o deməkdir ki, şəhərlərdə insanlar təkcə işlənmiş qazlar və digər təhlükəli birləşmələrlə nəfəs almır - nanoplastik də bu “kokteylin” tərkibinə daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: