Jurnalist Muxtar Məmmədoğlunun yeni kitabı çap olunub: “İllər, sizdə nəyim qaldı...”

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Şərq qapısı” qəzetinin məsul katibi, Azərbaycan Jurnalistlər Birliyinin  üzvü Muxtar Məmmədoğlunun yeni kitabında müəllifin müxtəlif mətbuat orqanlarında işıq üzü görmüş məqalələri, müsahibələri, həmkarlarının onun  haqqında olan ürək sözləri yer alır.

“Şərq qapısı” qəzetinin 100 illik yubileyinə töhfə olan kitab müəllifin “Şam ömrünün nağılı”, “Mənim Naxçıvan dünyam” və “Azadlığı istəmədik zərrə-zərrə” kitablarından sonra oxucularla dördüncü görüşüdür.

Qeyd edək ki, 2002-ci ildən “Şərq qapısı” qəzetində fəaliyyət göstərən Muxtar Məmmədoğlu 2007-ci ildən qəzetin məsul katibi vəsifəsində çalışır. Müəllif Ölkə başçısının Sərəncamı ilə  2015-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: