Ötən ay 36 daşınmaz əmlak obyektinə ünvan verilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ay ərzində 651 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 514 texniki sənəd hazırlanıb, yeni yaranmış 36 daşınmaz əmlak obyektinə ünvan verilib, 94 torpaq sahəsinin plan və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.

Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 9 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 5 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Həmçinin “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının icrası məqsədilə Naxçıvan şəhərinin ərazisində 117 hektar meyvə bağı, 209 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib.

Qeyd edək ki, ay ərzində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Ərəbyengicə, Qışlaqabbas və Qarahəsənli kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, Şərur rayonunun Xanlıqlar və Diyadin, Kəngərli rayonunun Xok kəndlərinin ərazisində monitorinqlərə başlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: