Toğanalı-Kəlbəcər avtomobil yolu qar və buzdan təmizlənir - VİDEO
Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsində (Ömər aşırımı) qeyri-sabit hava şəraiti hökm sürür. Sözügedən hissədə hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yolun qardan və buzdan təmizlənməsi istiqamətində mütəmadi olaraq fasiləsiz işlər görülür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yolun qardan və buzdan təmizlənməsi işlərinə ümumilikdə 12 maşın-mexanizm və texnika cəlb edilib.
Maşın-mexanizm və texnikaların Ömər aşırımında fasiləsiz xidmətini təşkil etmək, o cümlədən duz-qum ehtiyatının saxlanılması məqsədilə qayalıq ərazidə 40 metr uzunluğunda tunel-ambar tikilib, həmçinin işçilərin isinməsi və istirahəti üçün xüsusi xidməti sahə yaradılıb.