Uşaqlar arasında rəsm müsabiqəsi keçirilib - FOTOLAR

A- A A+
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində yerləşən Əcəmi Seyrangahında sağlamlıq imkanları məhdud uşaqlar arasında “Naxçıvan-Tarixi Abidələr Diyarı” adlı rəsm müsabiqəsi keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Müsabiqədə sağlamlıq imkanları məhdud 10 uşaq iştirak edib. Balaca rəssamlar öz rəsmlərində Naxçıvanın tarixi abidələrini əks etdiriblər. Sonda qaliblərə qiymətli hədiyyələr, digər iştirakçılara həvəsləndirici mükafatlar təqdim edilib.

                                                                                      Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: