Yaxın üç gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Əsasən cənub-şərq küləyi üstünlük təşkil edəcək. Gün ərzində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Bu barədə NUHÇIXAN-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
G.Məmmədova bildirib ki, havanın hərarətinin Bakıda və Abşeron yarımadasında 28-33°, bölgələrdə 31-36°, dağlıq ərazilərdə 20-25° isti olacağı proqnozlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.