Bu il muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsi üçün 1 milyon 152 min manat dövlət maliyyə dəstəyi göstərilib

A- A A+

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqi, yem bazasının möhkəmləndirilməsi, səmərəli satış mexanizminin qurulması, fermerlərə subsidiyaların verilməsi, yeni layihələrin reallaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilib. Belə ki, cari ilin 9 ayı ərzində heyvandarlıq təsərrüfatlarında 10074 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövrdə 7168 baş sağlam bala alınıb. 1 oktyabr 2021-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 125 min 426 baş, qoyun və keçilərin sayı 771 min 372 baş olub ki, bu da 1 oktyabr 2020-ci il tarixə olan göstəriciləri 2,9 və 2,1 faiz üstələnibdir.

Bu  ilin 9 ayı ərzində 41 heyvandarlıq təsərrüfatı yaradılıb, 14 heyvandarlıq təsərrüfatı genişləndirilib. Yeni yaradılan və ya genişləndirilən heyvandarlıq təsərrüfatlarında yem bazasının möhkəmləndirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Heyvandarlıqla məşğul olan sahibkarların fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin 9 ayı ərzində 66 layihənin maliyyələşdirilməsinə 1 milyon 152 min manat dövlət maliyyə dəstəyi göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: