Kəngərli rayonunda Konstitusiya Günü qeyd olunub - FOTOLAR
Kəngərli rayonundakı Bayraq Meydanında 12 noyabr -Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə tədbir keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli Rayon İcra Hakimiyyəti və rayon Prokurorluğunun birgə təşkil etdiyi tədbirdə rayon İcra Hakmiyyətinin Hüquq şöbəsinin müdiri Rəşad Həsənov çıxış edib. Bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub.
Qeyd olunub ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Vurğulanıb ki, əsas qanunumuzun 5-ci fəslindəki müddəalar əsasında 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qəbul edildi. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası 50 maddə və 5 fəsildən ibarətdir. Konstitusiyanın 1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır.
Adilə Səfərova