Babək rayonunda yeni qızılgül plantasiyası salınıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunun Qaraqala kəndi ərazisində yeni qızılgül plantasiyası salınıb. Əkin üçün ayrılan 1 hektara yaxın əraziyə 1500 qızılgül kolu əkilib.
Muxtar respublikamızın bütün bölgələrinin torpaq-iqlim şəraiti qızılgülün müxtəlif növlərinin əkini üçün əlverişlidir. Son illər qəbul edilən müvafiq dövlət proqramının icrası istiqamətində Ordubad, Sədərək və Kəngərli rayonlarında onlarla hektar sahədə qızılgül kolları əkilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nda qızılgül sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının dəstəklənməsi nəzərdə tutulub.
Mahmud Hüseynov