Babək rayonunun Göynük kəndində telekommunikasiya şəbəkəsi yenidən qurulur - FOTOLAR

A- A A+

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, aparılan abadlıq və quruculuq işləri çərçivəsində kənddə rabitə infrastrukturunun yenidən qurulması, xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və sakinlərin genişzolaqlı internet xidmətlərindən yararlanması istiqamətində zəruri tədbirlər mərhələli şəkildə həyata keçirilir. Yeni inşa edilən kənd mərkəzində Rabitə Evinin də fəaliyyət göstərməsi nəzərdə tutulur. Kənddə stasionar rabitə xidmətlərinin mövcud olmamasını nəzərə alaraq yeni telekommunikasiya şəbəkəsi  yaradılır. Belə ki, 96 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılır, həmçinin yeni yeraltı və hava rabitə kabelləri və fiber-optik xətlər çəkilir. Bu məqsədlə yeni metal rabitə dirəkləri basdırılır.  

Kənddə müasir tələblər səviyyəsində informasiya-kommunikasiya xidmətlərinin qurulması sakinləri keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin edəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: