Zəngəzur Milli Parkında 5 hektarda toxumla əkin aparılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və nazirliyin tabeli idarələri Ordubad rayonunun Zəngəzur Milli Parkında 5 hektarda toxumla əkin aparılıb.

1337 metr hündürlükdə yerləşən Şəbgə ərazisində əvvəlcədən açılmış şırımlara ardıc, yemişan, badamça və həmərsin toxumları əkilib.

Məqsəd yaşıllıq sahələrinin genişləndirilməsi, əraziyə məxsus bitkilərin artırılmasıdır.

Dağlıq ərazilərdə bundan sonra da toxumla əkin işlərinin və digər ekoloji tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: