Ordubad və Babək məktəbliləri Ağbulaqda olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yay məktəbinin növbəti qonaqları Babək və Ordubad rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri  olub.                   

Yay məktəbində bu rayonların ümumtəhsil məktəblərindən 44 şagird iştirak edib. Şagirdlər  əvvəlcə istirahət mərkəzinin ərazisi ilə tanış olublar. Sonra proqrama uyğun olaraq şagirdlər futbol, voleybol, basketbol və başqa idman növləri ilə  məşğul olublar.

Yay məktəbinin növbəti günü Şahbuz Rayon Mədəniyyət Evi tərəfindən konsert proqramı təqdim olunub. Məktəblilər Ağbulaq İstirahət Mərkəzində dörd gün istirahət ediblər.

Qeyd edək ki, yay məktəbinin növbəti qonaqları Culfa və Kəngərli rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri olacaq.

                                                                                

                                                                            Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: