Şərur rayonunun Çərçiboğan kəndi müasir görkəm alır - VİDEO
Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, mühüm infrastruktur layihələrinin uğurla həyata keçirilməsi qədim diyarımız olan Şərur rayonunda da tikinti, quruculuq və abadlıq işlərini genişləndirib. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq bölgədə bir-birindən əhəmiyyətli sosialyönümlü obyektlər tikilib istifadəyə verilir, şəhər və kəndlər müasir görkəm alır.
Belə yaşayış məntəqlərindən biri də 4 min 256 nəfər əhalisi olan Çərçiboğan kəndidir. Hazırda bu kənddə kompleks quruculuq işləri aparılır. Kənd və xidmət mərkəzləri tikilir, müasir təhsil ocağı və musiqi məktəbi inşa olunur, yol infrastrukturu yenilənir, digər işlər həyata keçirilir.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov