Noyabrın 20-si və 21-də Naxçıvanda “Ailə təsərrüfatı məhsulları”nın-satış yarmarkası keçiriləcək - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 20-si və 21-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları”nın-satış yarmarkası keçiriləcək .
Yarmarkada muxtar respublikanın müxtəlif rayonlarından olan ailə təsərrüfatları sahiblərinin bərəkətli torpaqlarımızda ərsəyə gətirdiyi məhsulları əldə edə bilərsiniz.