Naxçıvanda dezinfeksiya tədbirinin beşinci günündə 1 milyon 664 min kvadratmetrdən artıq təlim-tədris müəssisələri dərmanlanıb - FOTOLAR
Muxtar respublikada infeksion xəstəliklərə qarşı tibbi profilaktik tədbirlər intensiv xarakter alıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən təlim-tədris müəssisələri də dezinfeksiya tədbirlərinə cəlb olunub.
Dezinfekisya tədbirləri Naxçıvan şəhərinin Hacıniyyət, Tunbul kəndlərinin avtomobil yolları, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərzisində, ticarət mərkəzlərində və digər yerlərdə həyata keçirilib.
Bu gün Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin, uşaq bağçalarının ətrafları, girişləri, daha çox istifadə olunan yerlər, attraksionlar və digər ərazilər dezinfeksiya olunub.
Muxtar respublikanın rayonlarında icra edilən tibbi profilaktik tədbirlər kənd avtomobil yolları, inzibati binalar, məscidlər, mərasim evləri ilə yanaşı, təlim-tədris müəssisələrində də aparılıb.
Dezinfeksiya tədbirinin beşinci günündə ümumilikdə, 1 milyon 664 min kvadratmetrdən artıq ərazi dərmanlanıb.
Röyal Kərimov