16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Əliabad qəsəbəsində bu münasibətlə “Azərbaycan tolerantlıq məkanıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov bildirib ki, qədim tarixə və zəngin mədəniyyətə malik doğma Naxçıvanımızda xalqımızın milli adət-ənənələrinin qorunub saxlanılması xüsusi diqqətdə saxlanılır. Muxtar respublika əhalisi tolerantlığı, dözümlülüyü özünün həyat tərzinə çevirib. Bu səbəbdəndir ki, muxtar respublikamızda ömrünü Naxçıvanla bağlayan, burada daimi yaşamağa qərar verən digər millətlərin nümayəndələri heç də az deyil. Hər bir millətin nümayəndəsi bu gün Naxçıvanda rahat yaşayır, xoşbəxt həyat sürür.
Sonda çıxışlar ətrafında müzakirələr aparılıb.
Mahmud Hüseynov