Cinayət törədən erməni hərbçilərinin cəzalandırılmaları üçün tədbirlər görülür

A- A A+

"Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törədən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri olan sənədləşdirilmə aparılır".

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda sübutların toplanılması həyata keçirilir.

Qeyd edək ki, Baş Prokurorluqda Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı cinayət işi açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: