2022-ci il üçün ehtiyac meyarının həddi müəyyənləşib

A- A A+

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında qanun layihəsini müzakirələrdən sonra birinci oxunuşda qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyən olunub.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: