Prokurorluq orqanları əməkdaşları qanvermə aksiyasında iştirak edib - FOTOLAR

A- A A+

17 noyabr-Dövlət bayrağımızın yenidən Azərbaycanın müstəqillik rəmzi kimi muxtar respublikamızda qaldırıldığı gün münasibətilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aksiyada Naxçıvan Muxtar Respublika Prokurorluğu və Naxçıvan şəhər prokurorluq orqanlarının əməkdaşları  iştirak ediblər. 

Qanvermə zamanı donorların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Yığılan qan ehtiyatı yoxlanaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Gün ərzində davam etdirilən aksiyada 50 nəfər iştirak edib.

                                                   Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: