Şəhid Natiq Əliyev torpağa tapşırılıb - FOTOLAR
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu Gəncədə dəfn olunub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, şəhidin dəfn mərasimində şəhər icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhər sakinləri iştirak ediblər.
Şəhid Əliyev Natiq Yusif oğlu əslən Göyçə mahalının Zod kəndindəndir. Gəncədə boya-başa çatan Natiq ailəli idi. Onun Vətənə əmanət iki övladı qalıb.
Şəhidimiz Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.