Şəhid əsgər Elçin Əliyev Şirvanda dəfn edilib - FOTOLAR

A- A A+

Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan əsgər Elçin Əliyevlə Şirvan şəhərində vida mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Əliyev Elçin Ramil oğlunun üçrəngli bayrağımıza bükülmüş nəşi bu gün axşam saatlarında doğulduğu Şirvan şəhərinə gətirilib. Şəhidin nəşi izdihamla qarşılanıb.

Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhidin nəşi Şirvan Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhər icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhər sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: