Şərurda yol kənarları abadlaşdırılır - FOTOLAR

A- A A+

Şərur rayonunda yaşıllıqların ümumi ərazisi genişləndirilir. Bu il 3 hektarda yeni meyvə bağı salınıb, 5 hektarda bərpa işləri aparılıb, müxtəlif ərazilərə xeyli həmişəbahar, qızılgül və bəzək kolları əkilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunun idarə, müəssisə və təşkilatlarının əməkdaşları rayonda keçirilən yaşıllaşdırma aksiyasında fəal iştirak edərək Naxçıvan-Sədərək magistralının ətraflarında yerli şəraitdə yetişdirilən 600-dən çox həmişəyaşıl ting, həmçinin gül və bəzək kolları əkiblər. Əkilən tinglər və gül kolları suvarılıb, onlara aqrotexniki  qulluq göstərilib. Yaşıllaşdırma tədbirləri çərçivəsində 5 min 158 həmişəyaşıl ting, 2 min 140 meşə ağacı, 37 min 700 gül və bəzək kolu əkilib. Magistralın Xanlıqlar və Zeyvə kəndləri ərazisində bu işlər davam etdirilib, yolun sağ və sol tərəflərinə həmişəbahar gül kolları salınıb.

Qeyd edək ki, ting və bəzək kollarının əkininin qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulub.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: