Ağbulaq kənd Xizək mərkəzinin ətrafında toxumla əkin işləri aparılır - FOTOLAR
Muxtar respublikada noyabr ayının əvvələrindən start verilən yaşıllaşdırma tədbirləri davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yaşıllaşdırma tədbirləri çərçivəsində Şahbuz Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Ağbulaq Xizək Mərkəzi ətrafındakı dağ yamaclarında toxumla əkin işlərinə start verilib.
Toxumla əkin 3 hektar sahəni əhatə edib. Ərazilərə Ağbulaq kəndinin təbiətinə xas ağac və kol bitkilərinin toxumları əkilib.
Qeyd edək ki, bu ilin payızında Ağbulaq kəndində 20 hektardan artıq sahədə toxumla bərpa işlərinin aparılması nəzərdə tutulur.
Novruz Məmmədov