Şəhid leytenant Niftəliyev Ümüd bu gün Naxçıvanda qarşılanaraq son mənzilə yola salındı - VİDEO

A- A A+

Ulu öndər Heydər Əliyev deyib:  "Hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir! Xalqımızın, Vətənimizin, respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir!" Şanlı tarixini möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya yenilməz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi.  Müzəffər ordumuzun qazandığı qələbəni həzm edə bilməyən düşmən noyabrın 16-da dövlət sərhədində növbəti təxribata əl atdı. Düşmənin təxribatı nəticəsində baş verən döyüş əməliyyatları zamanı həmyerlimiz leytenant Niftəliyev Ümüd Oruc oğlu ən uca zirvə olan şəhidlik mərtəbəsinə yüksəlib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şəhidimiz bu gün Naxçıvanda qarşılanaraq son mənzilə yola salındı.

Bir neçə gün öncə paylaşdığı bu video ilə Ordumuzun düşmən qarşısındakı rəşadətini bir daha nümayiş etdirən şəhid leytenant Niftəliyev Ümüd Oruc oğlu doğulduğu Nehrəm qəsəbəsində son mənzilə yola salınıb.

Şəhidin dəfn mərasimində dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri və yüzlərlə sakin iştirak edib.

İzdihamlı mərasimdə çıxış edənlər şəhidin ailəsinə başsağlığı verib, şəhidimizə Allahdan rəhmət diləyiblər.Vurğulanıb ki, Ümüd Niftəliyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərin önündə olub, Füzuli, Cəbrayıl, Şuşanın azad olunmasında fədakarlıq göstərib, ayağından qəlpə yarası alıbdı. Qəhrəman şəhidimiz Prezidentin müvafiq sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Dəfn mərasimində şəhidimizin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, qəhrəmanımızın büküldüyü üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

Ruhiyyə Rəsulova

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: