ANAMA əməkdaşı Zəngilanda minaya düşüb

A- A A+

Dünən Zəngilanda mina partlayışı olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı günorta saat 15 radələrində rayonda minaya düşüb.

Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, V.Babayev uzun illər ANAMA-da çalışıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: