Naxçıvanda “Ailə təsərrüfatı məhsulları”nın-satış yarmarkasına start verilib - VİDEO
Xəbər verdiyimiz kimi bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları”nın-satış yarmarkasına start verilib. Sabah da davam edəcək yarmarkaya çıxarılan məhsulların çeşid zənginliyi və qiymətlərin münasib olması ailə təsərrüfatçıları və alıcılar tərəfindən razılıqla qarşılanıb.
Yarmarkada muxtar respublikanın bərəkətli torpaqlarında təsərrüfat sahibləri tərəfindən hasilə gətirilən müxtəlif, çox çeşidli və keyfiyyətli məhsullar alıcılara təklif olunub. Naxçıvan təbiətinin nemətləri olan qurudulmuş və qablaşdırılmış müalicəvi tərkibli bitkilər, meyvələr, ət və süd məhsulları, un və qənnadı məmulatları, spirtli içkilər, doşab, mürəbbə, kompot və turşular, qablaşdırılmış alça, göycə, ərik və digər meyvə quruları mövsümi qidalar kimi sakinlər və qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mahmud Hüseynov