Muxtar respublikada tibbi-profilaktik tədbirlər bu gün də aparılıb - FOTOLAR
Muxtar respublikada 10 gündür, aparılan dezinfeksiya tədbirlərinin davamı olaraq bu gün də təlim-tədris müəssisələri, ictimai yaşayış binaları və insanların intensiv istifadə etdiyi yerlər tibbi-profilaktik tədbirlərə cəlb olunub. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümumilikdə, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında 806 min kvadratmetrdən artıq ərazi dezinfeksiya edilib.
Bu gün Naxçıvan şəhərində virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər Qoçüstü, 7-8-ci məhəllələrin, Bahadur Abbasov küçəsinin avtomobil yolları, piyada səkilərində, həmçinin tam orta məktəblər, uşaq bağçaları, ictimai yaşayış binaları və digər ərazilərdə aparılıb.
Dezinfeksiya tədbirləri muxtar respublikanın rayonlarındakı təlim-tədris müəssisələrində, avtomobil yollarında və digər ərazilərdə də icra edilib.
Röyal Kərimov